Kaliforniyada helikopter qəzaya uğradı

01.10.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Kaliforniyada Santa Katalina adası yaxınlığında helikopter qəzaya uğrayıb.

Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib

Hadisədə hava təcili yardım helikopteri iştirak edib. Yaralılardan ikisinin vəziyyətinin stabil olduğu bildirilir, digər ikisinin vəziyyəti isə məlum deyil.

Bundan əlavə, qəzadan sonra ən azı bir nəfər itkin düşmüş hesab olunur. ABŞ Sahil Mühafizəsinin əməkdaşları və dalğıclar hadisə yerinə göndərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью