Kaliforniyada meşə yanğını 300 hektardan çox əraziyə yayılıb

08.01.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınının sahəsi 300 hektarı keçib və böyüməkdə davam edir.

APA xəbər verir ki, bu barədə KTLA telekanalı məlumat yayıb.

Los-Ancelesin ətraf ərazilərində təbii fəlakət yayılır. Yanğının ölçüsünün 312 hektar olduğu təxmin edilir.

Yanğının söndürülməsinə 100-dən çox yanğınsöndürən cəlb olunub. Sürəti 29 m/s-yə çatan güclü külək vəziyyəti çətinləşdirir.

Hələlik itkilər barədə məlumat verilmir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью