Kaliforniyada meşə yanğını: Sakinlər təxliyə edilir

17.08.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 17 avqust, AZƏRTAC

Kaliforniya ştatının San Dieqo şəhərinin şimalında meşə yanğını baş verib.

AZƏRTAC yerli mətbuata istinadən xəbər verir ki, hakimiyyət orqanları bəzi ərazilərin sakinləri üçün təxliyə əmri verib.

Yerli yanğınsöndürmə rəsmiləri bildiriblər ki, "Sorrento” yanğını 53 hektar əraziyə yayılıb və onun 15 faizi lokallaşdırılıb.

Yanğınla mübarizədə 160 yanğınsöndürən və 54 texnikanın iştirak etdiyi bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью