Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
ABŞ-nin Kaliforniya ştatındakı məşhur əyləncə parkı 100-dən çox insanın beyin zədəsi aldığı iddialarından sonra attraksionu bağlamaq qərarına gəlib.
"Cebheinfo.az" xəbər verir ki, “Six Flags Magic Mountain” əyləncə parkı bununla bağlı məlumat yayıb. Bildirilib ki, pakın ən çox maraq doğuran attraksionlarından biri olan və oturacaqları 360 dərəcə fırlanan “X2” adlı sürətli qatarla bağlı təhlükəsizlik testləri keçirilib.
Qeyd olunub ki, attraksionun 100-dən çox şəxsdə beyin zədəsinə səbəb olduğu iddia edilsə də, aparılan təhlükəsizlik testlərinin nəticələri müsbət olub.
Buna baxmayaraq, park rəhbərliyi attraksionun bağlanmasının “doğru qərar” olduğunu açıqlayıb.
Park rəsmisi Brayan Öerdinq bildirib ki, attraksionların təhlükəsizliyi onların fəaliyyətinin əsas prinsiplərindən biridir:
“Əyləncə vasitələrinin təhlükəsizliyi işimizin təməl daşıdır. Ziyarətçilərin etimadının təsirləndiyini gördükdə bunu ciddi qəbul edirik”.
Parkı məhkəməyə verən “Dordick Law Corporation” hüquq firması isə bağlanma qərarının gələcək ziyarətçilərin təhlükəsizliyinin təmin olunması baxımından müsbət addım olduğunu bildirib. Bununla belə, hüquq firmasının açıqlamasında qeyd edilib ki, qərar artıq xəsarət alan şəxslər üçün heç nəyi dəyişmir və müvəkkilləri baxımından “çox gec” verilib.
Qeyd edək ki, 2002-ci ildə “X” adı ilə istifadəyə verilən sürətli qatar attraksionu açılışından bir neçə ay sonra konstruksiya qüsurlarının aradan qaldırılması məqsədilə bağlanıb.Attraksion 2007-ci ildə vaqonlarının daha yüngül modellərlə əvəzlənməsi üçün yenidən fəaliyyətini dayandırıb. 2008-ci ildə isə “X2” adı ilə yenidən istifadəyə verilib. Məlumata görə, həmin vaxtdan etibarən attraksiondan 16 milyondan çox insan istifadə edib.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin