Kaliforniyada neft emalı zavodunda partlayış baş verib

02.02.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 2 fevral, AZƏRTAC

Kaliforniya ştatının Martinez şəhərində neft emalı zavodunda yanğın baş verib, azı 3 nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Mercury News” qəzeti məlumat yayıb.

Partlayışa və irimiqyaslı yanğına karbohidrogen sızmasının səbəb olduğu bildirilir.

Zavodun 3 əməkdaşı yüngül xəsarət alıb, bütün işçilər təxliyə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью