Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kaliforniyanın Sierra Nevada dağlarında qar uçqunu nəticəsində ölənlərin sayı artıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər itkin düşən xizəkçilərdən səkkizinin cəsədinin tapıldığını, bir nəfərin isə hələ də itkin düşdüyünü və öldüyü ehtimal edildiyini açıqlayıb.
Tahoe gölünün şimal-qərbindəki Castle Peak bölgəsində baş verən qar uçqunu üç günlük turdan qayıdan 11 həvəskar xizəkçi və dörd bələdçidən ibarət qrupa təsir edib. 6 nəfər sağ-salamat xilas edilib. Bildirilib ki, uçqundan sonra əraziyə təxminən 90 santimetr qar yağması axtarış işlərini çətinləşdirib və növbəti uçqun riskini artırıb.
ABŞ Milli Qar Uçqunları Mərkəzinin məlumatına görə, ölkədə hər il orta hesabla 25-30 nəfər qar uçqunları səbəbindən ölür.
İbrahim Cəfərov