Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkəmizin ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulluğunun təşkilatçılığı ilə Qərbi Hollivud şəhərinin “Long hol” sərgi salonunda “Nazim və dostları” adlı sərgi açılıb. Ekspozisiyada Nazim Hacıyev, Arzu Xəlilova, Fidan Kim, Oleq Volovik, Anna Milsteyn və Edvard Qofun rəsm və fotoları nümayiş olunur.
Qrafika və fotoqrafiya nümunələrini, Şərq təsviri sənəti ənənələrini əks etdirən əsərlərin təqdim olunan sərginin açılış mərasimində tanınmış rəssamlar,sənətsevərlər və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
XQ