Kaliforniyanı yanğınlar yenidən bürüdü Fotolar

23.01.2025

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

Yanvarın 22-də ABŞ-nin Kaliforniya ştatının Los-Anceles bölgəsində yanğın ocaqları yenidən aktivləşib.

Tribunainfo.az “Kommersant”a istinadən xəbər verir ki, yanğınlar Los-Anceles şəhərindən 65 kilometr məsafədə yerləşən Kastaik bölgəsini əhatə edir.

Yanğın 37 kvadrat kilometrdən çox əraziyə yayılıb və 31 min nəfərə məcburi təxliyə barədə xəbərdarlıq edilib. Daha 23 min nəfər isə xilasedicilərin əmrini gözləyir.

Qeyd edək ki, Kaliforniyada son 2 həftədə davam edən yanğınlarda 30-a yaxın şəxs ölüb, minlərlə ev və bina yararsız hala düşüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью