Kaliforniyanın cənubunda zəlzələ baş verib

28.11.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

ABŞ-nin Kaliforniya ştatının cənubunda 5 maqnitudalı zəlzələ qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Los-Anceles dairəsində yerləşən Manhetten-Biç şəhərindən təxminən 6 kilometr cənub-qərbdə olub. Yeraltı təkanların ocağı 12,2 kilometr dərinlikdə yerləşib.

Zəlzələdən sonra bölgədə bir neçə afterşok qeydə alınıb.

Hadisə nəticəsində ölənlər və dağıntılar barədə məlumat daxil olmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью