Kalın açıqladı: Vens və Rzayi bu ölkədə görüşəcək

09.11.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gələn həftə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi arasında Qətərdə görüş olacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın deyib.

O, görüşü Vaşinqton və Tehran arasında danışıqların irəliləməsi üçün mühüm fürsət kimi qiymətləndirib.

Qalın vurğulayıb ki, yaxın günlərdə tərəflər arasında razılaşma əldə olunmasa, ABŞ İrana qarşı yeni hərbi zərbələr endirə bilər.

Türkiyə kəşfiyyatının rəhbəri diplomatik prosesin irəliləməsi üçün İranın danışıqlarda daha çevik mövqe nümayiş etdirməsinin vacibliyini diqqətə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью