Kalın Dəməşqə niyə gedib? ŞƏRH | Icma.az
Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir. "MİT Başkanı İbrahim Kalının Dəməşqə səfəri əhəmiyyətlidir.
Bu, Əsəd devrildikdən sonra Suriyaya gedən ilk xarici heyətdir.
Aydındır ki, Türkiyə rəsmilərini Dəməşqə Suriyanın keçici hökuməti dəvət edib.
Suriyada günlərdir Əsədin devrilməsi sevinci yaşanır, yeni hökumət eyni zamanda ilk gündən insanların sosial problemlərinin həlli, infrastruktun bərpası barədə düşünməlidir".
Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, ancaq bunun üçün Suriyanın resursları məhduddur, kənar dəstəyə ehtiyacları var: "Suriyanın milli pulu o qədər dəyərdən düşüb ki, Dəməşqdə Türkiyə lirəsi işlənir.
Ona görə Dəməşqdəki rejim ilk olaraq Ankaraya müraciət edib. Bu, Türkiyənin də xeyrinədir.
Türkiyə Əsəddən sonrakı dövrdə Suriyada əsas rollardan birini oynayacaq.
Tam oxu
Xəbəri oxu