Kallas: 2030 a qədər yeni ölkələrin Aİ yə qoşulması real görünən hədəfdir

04.11.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2030-cu ilə qədər Avropa İttifaqına yeni ölkələrin qoşulması real görürən hədəfdir.

APA “The Guardian”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya təcavüzü və geosiyasi dəyişikliklər Aİ-nin genişlənməli olduğu ehtiyacını açıq-aşkar ortaya qoyur.

Buna baxmayaraq Kallas: “Aİ-yə üzvlük üçün qısa yol təklif etməyəcək”, - deyə xəbərdarlıq da edib

Kaya Kallas Albaniya, Moldova, Montemeqro və Ukraynanın Aİ-yə qoşulma perspektivlərini müsbət, Serbiya, Şimali Makedoniya, Kosovo, Bosniya və Hezsoqovina və Türkiyənin qoşulma ehtimalını isə qarışıq təsvir edib.

Aİ rəsmisi Gürcüstanın Aİ-yə qoşulması ehtimalını mənfi olaraq qiymətləndirib və hazırki şəraitdə bunun mümkün olmadığını bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью