Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bizimyol.info xəbər verir ki, o, bunu Ukraynaya yeni hərbi yardımın ayrılması barədə AB müdafiə nazirlərinin görüşünə gələrkən bildirib.
"Bu, danışıqlar üçün həlledici bir həftə ola bilər. Danışıqların çətin, lakin məhsuldar olduğunu eşitdik. Nəticələri hələ bilmirik. Bu gün Ukrayna müdafiə və xarici işlər nazirləri ilə danışacağam", - deyə Kallas qeyd edib.
ABŞ və Ukrayna arasında danışıqlar 30 noyabrda Florida ştatının cənubunda baş tutub. ABŞ-ı Dövlət katibi Marko Rubio, ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiven Vitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner təmsil edib.
Ukrayna nümayəndə heyətinə, digərləri ilə yanaşı, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və xarici işlər nazirinin birinci müavini Sergey Kıslıtsya da daxil idi. Görüşdən sonra Rubio danışıqların konstruktiv keçdiyini, lakin hələ çox iş görülməli olduğunu bildirib. O, əlavə etdi ki, ABŞ sülh yolu ilə həll prosesinə nikbin baxır, lakin ümumilikdə real mövqe nümaiş etdirir.
Qadir, Bizimyol.info