Kallas açıqladı: AB Ukraynaya qoşun yeridə bilər

01.12.2024

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Avropa ölkələri mümkün atəşkəsi qorumaq üçün Ukraynaya qoşun yeridə bilər.

Xalqcebhesi.az xəbər verir ki, bunu AB diplomatiyasının rəhbəri Kaya Kallas deyib.

“Bu günə kimi hansı dövlətlərin Ukraynaya öz ordusunu göndərməyə hazır olması müzakirə olunurdu. Hesab edirəm ki, nəyisə istisna etmək və strateji məsələlərdə qeyri-müəyyənliyə yol vermək olmaz. Avropa Birliyi Ukraynaya silahlı qüvvələrini göndərməklə bu ölkədə atəşkəsin qorunmasında iştirak edə bilər”, - Kallas bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью