Kallas: Aİ artıq Ukraynanın sursat ehtiyacının 50% ni ödəyir

03.04.2025

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa ölkələri artıq Ukraynanın sursat ehtiyacının yarıdan çoxunu təmin edir. Ukrayna prezidenti Vladimir Zelenski bu yaxınlarda bu tədarükü iki milyon patron olaraq qiymətləndirdi.

Bizimyol.info xəbər verir ki, "Reuters"in verdiyi məlumata görə, bu barədə cümə axşamı Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

"Bütün bunlar çox yaxşı gedir, biz Ukraynaya mümkün qədər tez kömək etməliyik. Prezident Zelenski dedi ki, ən azı iki milyon patrona sahib olmaq üçün onların beş milyarda ehtiyacı var", - deyə Kallas Aİ müdafiə nazirlərinin Varşavada keçirilən sammitindən əvvəl bu barə verilən sualları cavablandırarkən qeyd edib.

“Mən çox şadam ki, bizim artıq müxtəlif təkliflərimiz var və müxtəlif ölkələr buna öz yardımını edir, ona görə də bizdə artıq lazım olanın 50%-dən çoxu var”, - deyə o əlavə edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью