Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri qlobal səviyyədə mövcud geosiyasi proseslərdən kənarda qalıb. O, öz vəzifə borcunu yerinə yetirə bilməməsi və ciddi diplomatik təsir imkanlarının olmaması səbəbindən kəskin tənqidə məruz qalıb.
KONKRET.az xəbər verir ki, “Berliner Zeitung” nəşrinin köşə yazarı Nikolas Butyilin yazır ki, avrodiplomatiyanın rəhbəri öz vəzifəsinə baxmayaraq, Ukrayna böhranı ilə bağlı Rusiya ilə keçirilən heç bir danışıqda iştirak etməyib.
Onun sözlərinə görə, nə Moskva, nə Vaşinqton, nə də Pekin Kallasın danışıqlar prosesinə cəlb olunmasında heç bir maraq göstərməyib. Halbuki o, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin və ya xarici işlər naziri Sergey Lavrovun zənginə cavab verəcəyini bəyan etmişdi.
Butyilin həmçinin Avropa İttifaqının Ukrayna məsələsində vahid mövqeyə malik olmadığını tənqid edib. Onun fikrincə, Rusiya lideri ilə danışıqları ümumilikdə Avropanın təmsilçiləri deyil, milli liderlər – Aleksandr Stubb və Yonas Qar Störe aparıblar.
“Kallas, ehtimal ki, Aİ tarixində ən böyük məyusluqlardan biridir”, — deyə yazar yekunlaşdırıb və onun rəhbərliyi dövründə Avropa İttifaqının dəqiq geosiyasi mövqeyinin olmadığını qeyd edib.
Natiq Səlim
KONKRET.az