Kallas: Aİ Ukraynaya 134 milyard avro yardım ayırıb və daha çox kömək etməlidir

03.02.2025

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Avropa İttifaqı (Aİ) 2022-ci ilin fevralından Ukraynaya 134 milyard avro yardım ayırıb və Kiyevə daha çox kömək etməlidir.

Bizimyol.info xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Kaya Kallas Brüsseldə icma ölkələrinin səfirlərinin illik konfransında çıxışı zamanı deyib.

“Biz artıq 134 milyard avro, o cümlədən təxminən 50 milyard avro hərbi yardım göstərmişik. Yardımların kəsilməsindən danışa bilmərik, onu artırmalıyıq”, - deyə o qeyd edib.

Kallasın fikrincə, Ukrayna Aİ-nin əsas prioriteti olmalıdır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью