Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xarici KİV-in yaydığı məlumata görə, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ xarici işlər nazirlərinin görüşünə qatılarkən deyib.
O vurğulayıb ki, Avropa və Ukrayna da hazırda bütün dünyanın gözlədiyi sazişlərə razı olmalıdır.
"The Times" Makron və Starmerin "Tramp planı"nı açıqladı Diplomat əlavə edib ki, Aİ hələlik Avropa qoşunlarının Ukraynaya göndərilməsini ətraflı müzakirə etmir.
Lakin təşkilat təhlükəsizlik təminatlarını nəzərdən keçirir. Kallas Aİ-nin Ukraynaya yeni hərbi yardım paketi təqdim edəcəyini də açıqlayıb.
Siyasətçinin sözlərinə görə, hazırda paketə nələrin daxil ediləcəyi ilə bağlı müzakirələr aparılır.
Bundan əlavə, ittifaq Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə edir.
“Biz Rusiyaya qarşı həm oyun konsollarına, həm də "kölgə donanması" ilə bağlı məhdudiyyətləri nəzərdə tutan 16-cı sanksiyalar paketini müzakirə edirik.