Kallas: Aİ Xarici İşlər Nazirləri Rusiyaya qarşı 19 cu Sanksiya Paketi ilə bağlı razılığa gələ bilmədilər

20.10.2025

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri 19-cu anti-Rusiya sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər. Məsələ 23-24 oktyabrda keçiriləcək Aİ sammitində müzakirə olunacaq.

Xalqcebhesi.az xəbər verir ki, bunu Avropa diplomatik xidmətinin rəhbəri Kaya Kallas Aİ-nin xarici siyasət idarələrinin rəhbərlərinin Lüksemburqda keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

"Biz sanksiyaları nəzərdən keçirdik. Bu məsələ bu həftənin sonunda müzakirə olunacaq", - o bildirib.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью