Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Avropa ictimaiyyətinə Ukraynanı dəstəkləmək lazım olduğunu izah etmək getdikcə çətinləşir, çünki hamı bu müharibədən bezib
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Aİ-Kanada sammiti çərçivəsində Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas bildirib.
O, bütün hallarda Aİ və Kanadanı yorğunluğu görməzdən gəlməyə və Kiyevi dəstəkləməyə davam etməyə çağırıb.
Qeyd edək ki, Kanadanın 2027-ci ildə Ukraynanın maliyyələşdirilməsində iştirakı mövzusu Aİ-Kanada sammitinin əsas mövzularından biri olub. Avropa Komissiyası 2027-ci il üçün Ukraynanı 45 milyard avro səviyyəsində maliyyələşdirməyə hazır olduğunu bildirib.
Gülşən Şərif