Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa İttifaqının (AB) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Birləşmiş Millətlər Təşkilatının (BMT) gözlənildiyi kimi nəticə vermədiyini bildirib və bunu ciddi hesabatlılıq mexanizmlərinin olmaması ilə əlaqələndirib.
Turkustan.az xəbər verir ki, Kallas Norveçdə keçirilən Oslo Təhlükəsizlik Konfransında “Yeni normalla üzləşən transatlantik tərəfdaşlıq” mövzusunda çıxış edib.
O qeyd edib ki, hazırkı müzakirələr beynəlxalq qaydalara əsaslanan nizamın əslində bir illüziya olub-olmaması sualı ətrafında cəmlənir. Kallasın sözlərinə görə, tarix boyu güclülərin qanunu üstün gəlib və hakimiyyətdə olanlar istədiklərini əldə ediblər:
“Bu vəziyyət demək olar ki, cəngəllik qanununu xatırladır. Amma maraqlıdır ki, hətta cəngəllikdə belə heyvanlar arasında müəyyən əməkdaşlıq mövcuddur”.
Ali nümayəndə BMT Nizamnaməsinin prinsiplərini yüksək qiymətləndirsə də, onun icra mexanizmlərinin zəif olduğunu vurğulayıb:
“BMT Nizamnaməsi çox yaxşı sənəddir və oradakı prinsiplər son dərəcə güclüdür. Lakin əsas problem ciddi hesabatlılıq mexanizminin olmamasıdır. Qaydalar pozulduqda bunun hansı nəticələr doğurduğu aydın deyil. Təhlükəsizlik Şurası mövcuddur, amma əgər Şuranın daimi üzvlərindən biri BMT Nizamnaməsini açıq şəkildə pozaraq başqa bir ölkəyə hücum edərsə, praktikada edilə biləcək çox şey qalmır”.
Aytən Yaşar/ Turkustan.az