Kallas: “Bu işi bitirəndə çox ağıllı olacağam

30.01.2026

Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Oxuduğum kitabların siyahısı olduqca uzundur”

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas tarix mövzusunda çoxlu kitab oxuduğu ilə öyünüb və ümid etdiyini bildirib ki, bu kitablar onu "çox ağıllı" edir.

AYNA.AZ xəbər verir ki, o bu açıqlamanı “YouTube”da yayımlanan Avropa İttifaqıİ nazirlər görüşünün ardından keçirilən mətbuat konfransında verib.

"Bilirsiniz, oxuduğum kitabların siyahısı olduqca uzundur. Hazırda nə oxuduğumu sizə deməyəcəyəm, amma bu, müxtəlif bölgələrin tarixi ilə bağlıdır. Beləliklə, bu işi bitirəndə çox ağıllı olacağam", - deyə o bildirib.

Bu, Avropa diplomatiyasının rəhbərinin bir jurnalistin ona Suriya tarixi haqqında kitab vermək xahişinə cavabı olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью