Kallas bu sözü deyən kimi “Molotov kokteyli” atıldı

02.12.2024

Axar.az saytına istinadən Icma.az xəbər verir.

AB xarici siyasət xidməti Gürcüstanda iğtişaşların təhrikçisidir.

Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.

“AB-nin yeni xarici siyasət rəhbəri Kaya Kallas ictimaiyyətin etirazlarını qanuni, hökumətin reaksiyasını isə qeyri-qanuni adlandırandan dərhal sonra ilk “Molotov kokteyli” nümayişçilər tərəfindən Gürcüstan polisinə atılıb. Mən birbaşa əlaqə görürəm. AB Xarici Xidməti - təhrikçidir”, - senator bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью