Kallas Çinə şərt qoydu: Bunu etməyin, əks halda...

18.05.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Çini Ukrayna münaqişəsində Rusiyanın əsas tərəfdaşıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas deyib.

“Vəziyyət getdikcə pisləşir. Çinə mesajımız budur – Avropa ilə ticarət etmək istəyirsinizsə, lütfən, bunu etməyin. Onlar bizə qulaq asmırlar, çünki bununla bağlı real tədbir görmürük. Lakin yeni sanksiyalar paketinə onlara qarşı məhdudiyyətlər də daxildir”, – bildirib.

Qeyd edək ki, mayın 7-dən 10-dək Çinin sədri Si Cinpin Rusiyaya səfər edib.

Mayın 8-də Moskvada o, Rusiya Prezidenti Vladimir Putinlə geniş tərkibdə danışıqlar aparıb. Görüşün yekunları üzrə tərəflər sazişlər paketi imzalayıblar.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью