Kallas Dəməşqə təzyiq edir: Suriya hansı qərarından dönməlidir?

24.11.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Suriyanın Rusiyanın işğalı altında olan Ukrayna və Gürcüstan ərazilərini müstəqil dövlət kimi tanımaq qərarını geri götürməsini istəyir.

Redaktor.az xəbər verir ki, bu barədə “Rapporteur” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Kallas bu məsələni Suriya xarici işlər naziri Əsəd əl-Şeybani və Prezident Əhməd əl-Şara ilə bir neçə dəfə müzakirə edib. O, məsələni sentyabrın 29-da Dəməşqə səfəri zamanı da gündəmə gətirib.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью