Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Ermənistanın Avropa istiqamətində seçim etdiyini bildirib.
Redaktor.az bu haqda xarici KİV-ə istinadla xəbər verir.
Kallasın sözlərinə görə, Ermənistan xalqı Rusiyanın güclü təzyiqləri ilə üzləşsə də, Avropa gələcəyinə üstünlük verib.
"Ermənistan xalqı Rusiyanın güclü təzyiqi altında olsa da, yenə də Avropa gələcəyini seçib və bu, yaxşıdır", – deyə Aİ rəsmisi qeyd edib.
Aytəkin TOFİQQIZI