Kallas ilk dəfə İranın xarici işlər naziri ilə nüvə proqramı barədə danışıb

05.05.2025

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa İttifaqının xarici işlər naziri Kaja Kallas ötən il dekabrın 1-də təyinatından sonra ilk dəfə İranın xarici işlər naziri Abbas Əraqçi ilə İranın nüvə proqramı ilə bağlı danışıb.

Bizimyol.info xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Nüvə məsələlərində və regionda gərginliyin azaldılmasında diplomatiyanın əhəmiyyətini vurğulamaq üçün İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıq", - deyə Aİ diplomatı yazıb. Kallas İranı Rusiyaya iddia edilən hərbi dəstəyi dayandırmağa çağırıb və həmçinin Aİ vətəndaşlarının İranda casusluqda saxlanmasından narahatlığını bildirib. O vurğulayıb ki, Brüssel və Tehran arasında münasibətlər "bütün bu məsələlərdə irəliləyişdən asılıdır".

Avropa İttifaqının xarici işlər nazirləri Xavyer Solana (1999-2009) və Federika Moqerini (2014-2019) Qərbdə İranla əsas müzakirə tərəfdaşları olub, xüsusən də İranın nüvə proqramı üzrə müzakirələrdə vasitəçilik ediblər.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью