Kallas: Kiyevə 2 milyon mərmi tədarükü üçün Aİ yə 5 milyard avro lazımdır

03.04.2025

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Avropa İttifaqı (Aİ) 2025-ci ildə Kiyevə 2 milyon mərmi tədarük edə bilər, bunun üçün 5 milyard avro lazım olacaq.

“Report” xəbər verir ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Polşada bir sıra Aİ ölkələrinin müdafiə nazirlərinin qeyri-rəsmi görüşünün yekunlarına dair bildirib.

"Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ona 2 milyon mərmi lazımdır - bu təxminən 5 milyard avrodur. Biz bir sıra müzakirələr apardıq. Bəzi ölkələr bu tədarükləri Çexiya təşəbbüsünə (Ukrayna üçün birgə satınalmalar) daxil etmək istəmirlər, lakin bunun əhəmiyyəti yoxdur, əsas odur ki, bu mərmilər ən qısa müddətdə göndərilsin", - o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью