Kallas NATO ölkələrinin müdafiə xərclərini 2 faiz artıra biləcəyini açıqlayıb

05.06.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“NATO-ya üzv ölkələr müdafiə xərclərinin artırılmasında maraqlıdır. İspaniya, Lüksemburq, eləcə də bir sıra digər dövlətlər ilin sonunadək müdafiə xərclərində 2 faizlik artım göstəricisinə çatmaq istəyir”.

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas keçirdiyi brifinqdə deyib.

O eyni zamanda Ukraynaya dəstəyin 5 faiz həcmində artırılması ilə bağlı fikirləri şərh edib:

“Rəqəmlər və alyansın malik olduğu imkanlar bir-birindən fərqli anlayışlardır. Ukraynanın müdafiəsi və Şimali Atlantika Alyansının müdafiəsinin təşkili eyni anlayışlardır. O ki qaldı 5 faizlik artım göstəricisinə, bu barədə yekun qərarı NATO verəcək”.

K. Kallas Rusiyanın dinc əhalini hədəfə alması faktlarına toxunaraq, bununla Ukraynaya daha çox zərər vurulmasının hədəfləndiyini söyləyib:

“Dinc sakinlərə və mülki infrastruktura mütəmadi hücumların təşkili beynəlxalq humaitar hüquqa ziddir. Rusiya bunu hər zaman edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью