Kallas NATO xaricində Avropa ordusunun yaradılmasını istisna edib

29.01.2026

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas, NATO-ya paralel fəaliyyət göstərən ayrıca bir Avropa ordusunun yaradılmasının mümkün olmadığını açıqlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Kallas, Aİ xarici işlər nazirləri görüşünə gələn zaman, Ukrayna jurnalistlərinin “əsasını Ukrayna Silahlı Qüvvələrinin təşkil edəcəyi Avropa ordusu” yaratmaq imkanına dair sualına cavab verərkən bildirib.

“Hər bir Avropa ölkəsinin artıq öz ordusu var və 23 Aİ ölkəsi eyni zamanda NATO strukturlarına daxildir, buna görə onların ayrıca bir Avropa ordusu yaratmasını təsəvvür edə bilmirəm,” – deyib.

"Orduda kimin kimə tabe olduğunu müəyyən edən aydın komandanlıq strukturu olmalıdır. Paralel strukturların yaradılması yalnız bütün mənzərəni çaşdıracaq", - deyə o bildirib.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью