Kallas niyə rusları sevmir? Vaxtım yoxdur | Icma.az
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaj
Globalinfo.az xəbər verir ki, bu barədə “Tagesspiegel” nəşri məlumat yayıb.
Belə ki, diplomata “Rusiyaya qarşı niyə düşmən münasibəti bəsləyirsiniz, buna görə tənqid də olunursunuz”, sualı ünvanlanıb.
“Günlərim tamamilə planlaşdırılıb. Ona görə də düşmənçiliklə bağlı narahat olmağa vaxtım yoxdur. Siyasətçilər dəfələrlə tənqid olunur.
Bundan qorxanlar öz vəzifələrini səmərəli şəkildə yerinə yetirə bilmirlər”, – deyə Kallas bildirib.
Bundan əlavə, Kaja Kallas Rusiya ilə bağlı prinsipial mövqe tutduğunu qeyd edib: “Keçmişdə baş vermiş hadisələrin, yəni Estoniyanın SSRİ-nin bir hissəsi olduğu zaman babalarımın başına gələnlərin təkrarlanmasını istəmirəm”.
Günay Rəsulqızı Globalinfo.az Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu