Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizimyol.info xəbər verir ki, bu barədə o, Londona səfəri zamanı jurnalistlərə bildirib.
“Əvvəlcə bizə atəşkəs lazımdır”, - deyə Kallas jurnalistlərin Brüsselin hansı hərəkət kursunu dəstəklədiyi barədə suallarını cavablandırarkən deyib.
30 günlük atəşkəs ideyası Kallas və bir sıra Aİ ölkələrinin xarici işlər nazirliklərinin rəhbərləri tərəfindən mayın 9-da Lvova səfəri zamanı gündəmə gətirilib və daha sonra mayın 10-da Kiyevə bir araya gələn Almaniya, Böyük Britaniya və Fransa liderləri tərəfindən dəstəklənib.
Mayın 11-nə keçən gecə Kremldə jurnalistlərə açıqlama verən Rusiya prezidenti Kiyev hakimiyyətinə 2022-ci ildə kəsdiyi birbaşa danışıqları ilkin şərt olmadan bərpa etməyi təklif edib. Dialoqun mayın 15-də İstanbulda başlaması təklif edilir.
Bunun ardınca ABŞ prezidenti Donald Tramp Ukraynanı rusiyalı həmkarı Vladimir Putinin təklif etdiyi və mayın 15-də Türkiyədə baş tuta biləcək danışıqlara dərhal razılaşmağa çağırıb.
Qadir, Bizimyol.info