Kallas Rusiyanı terrorçuluqda ittiham edib

19.11.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Avropa İttifaqı ölkələrinin ərazilərində hibrid hücumlar həyata keçirir və dövlət səviyyəsində terrorla məşğul olur.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas çıxış edib.

O, NATO baş katibi Mark Rüttenin bəyanatını xatırladaraq, Rusiyanın törətdiyi bəzi hibrid insidentlərin dövlət səviyyəsində terror kimi qiymətləndirilməli olduğunu vurğulayıb.

"Hazırda onlar (Rusiya-red.) cəmiyyətlərimizdə qorxu yaratmağa çalışır ki, biz Ukraynaya yardım göstərməkdən çəkinək", – deyə Kallas bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью