Kallas Ruttenin, AB ABŞ olmadan özünü müdafiə edə bilməyəcək , fikrini təsdiqləyib

02.02.2026

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Avropa Birliyi (AB) Xarici İşlər Xidmətinin rəhbəri Kaja Kallas NATO-nun baş katibi Mark Ruttenin Avropanın hazırda ABŞ olmadan özünü müdafiə edə bilməməsi ilə bağlı açıqlaması ilə razılaşıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Kallas Osloya səfəri zamanı mətbuat konfransında jurnalistlərin Ruttenin açıqlamaları ilə bağlı şərh istəyinə cavab olaraq bildirib.

"Bəli, hazırkı vəziyyət belədir. Lakin AB müdafiə investisiyalarını artırmaqla bunun üzərində işləyir", - deyə o qeyd edib. Bu məlumat onun mətbuat xidməti tərəfindən yayımlanıb.

Qeyd edək ki, Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Rutte avropalıları ABŞ-a güvənmədən Avropanı müdafiə edə bilmək "xəyal qurmağı dayandırmağa" çağırıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью