Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
Aİ Xarici İşlər Xidmətinin rəhbəri Kaya Kallas NATO-nun baş katibi Mark Ruttenin Avropanın hazırda ABŞ olmadan özünü müdafiə edə bilməməsi ilə bağlı açıqlaması ilə razılaşıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Kallas Osloya səfəri zamanı mətbuat ofisi tərəfindən canlı yayımlanan mətbuat konfransında Ruttenin açıqlamaları ilə bağlı şərh istəyinə cavab olaraq bildirib.
"Bəli, hazırda vəziyyət belədir. Amma Aİ müdafiə investisiyalarını artırmaqla bunun üzərində işləyir"- deyib.
Daha əvvəl Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Rutte avropalıları ABŞ-a güvənmədən Avropanı müdafiə edə bilmək "xəyalını qurmağı dayandırmağa" çağırmışdı.
Məryəm Quliyeva