Kallas: “Ukraynada seçkilər atəşkəsdən sonra mümkündür”

12.10.2026

Icma.az, Ayna portalına istinadən məlumat verir.

“Ukraynada seçkilər döyüşlər zamanı keçirilə bilməz və beynəlxalq təzyiq Rusiyaya yönəlməlidir”

“Ukraynada seçkilər döyüşlər zamanı keçirilə bilməz və beynəlxalq təzyiq Rusiyaya yönəlməlidir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözkləri Avropa diplomatiyasının rəhbəri Kaya Kallas ABŞ Prezidenti Donald Trampın Ukraynada hakimiyyət dəyişikliyi çağırışına reaksiyasında deyib.

"Demək olar ki, hər konstitusiya müharibə zamanı seçkilərin keçirilə bilməyəcəyini nəzərdə tutur. Və başa düşdüyüm qədəri ilə Ukrayna Prezidenti Volodimir Zelenski də atəşkəs vəziyyətində mümkün qədər tez seçkilər keçirməyə hazır olduğunu bildirib", - Kallas deyib.

Onun sözlərinə görə, seçkilər qaçılmaz olaraq ölkə daxilində siyasi mübarizə deməkdir və hazırkı şəraitdə Ukrayna xalqının "birliyini qorumaq vacibdir".

Avropa diplomatiyasının rəhbəri hesab edir ki, "Rusiyaya təzyiq göstərilərsə, Ukraynada seçkilər keçiriləcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью