GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Kaya Kallasla münasibəti pisdir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri Aİ rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, Leyenin keçmiş Aİ diplomatı Cozep Borrell ilə də münasibətləri çox pis olub:
“Kallas Ursula fon der Leyenin diktator olmasından şikayətlənir, amma bununla bağlı edə biləcəyi çox az şey var”, – deyə Aİ-nin yüksək vəzifəli rəsmisi nəşrə bildirib.
“Politico” həmçinin yazır ki, Kallasın Aİ-dəki mövqeyi Borrellin mövqeyindən daha zəifdir.
Qeyd edək ki, 2025-ci ilin noyabr ayında Leyenin Kallasın Martin Selmayri Avropa Xarici Fəaliyyət Xidmətinə təyin etməsinə mane olmaq qərarından sonra xanım diplomatlar arasında gərginlik yaranıb. Buna cavab olaraq Kallas Leyenin yeni Avropa Komissiyasının kəşfiyyat xidməti yaratmaq planına qarşı çıxıb.
Əliyar Xəlil
Globalinfo.az