Kallas və Rubio görüşməyəcək Avropa İttifaqı görüşü ləğv etdi

26.02.2025

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropa İttifaqının diplomatiya üzrə rəhbəri Kay Kallas və ABŞ dövlət katibi Marko Rubio arasında planlaşdırılan görüş ləğv edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqının nümayəndəsi Brüsseldə jurnalistlərə açıqlamasında deyib.

“Diplomatiya üzrə rəhbər ABŞ dövlət katibi ilə görüşməyəcək. Səbəb onların cədvəllərinin üst-üstə düşməməsidir”, – o bildirib.

Nümayəndənin sözlərinə görə, Kallas Ukrayna münaqişəsini və transatlantik münasibətləri müzakirə etmək üçün ABŞ-da senatorlar və konqresmenlərlə görüşəcək. Həmçinin Kallas Avropa İttifaqı nümayəndə heyətinin üzvləri ilə də görüş keçirəcək və Hadson İnstitutunun tədbirində iştirak edəcək.

Xatırladaq ki, tərəflər arasında görüş fevralın 26-27-nə planlaşdırılmışdı.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью