Kallasın səfəri Azərbaycan Avropa İttifaqı münasibətlərinin inkişafına böyük töhfə verəcək

25.04.2025

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Doqquz ildən sonra Avropa İttifaqı ali nümayəndəsinin Azərbaycana səfər etməsi əlamətdar hadisədir.

Missiya.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının (AK) vitse-prezidenti Kaya Kallasla keçirilən birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, bu, əməkdaşlıq perspektivi baxımından önəmli fürsətdir:

“Bu, Kaya Kallasla qısa müddətdə ikinci təmasımızdır. İlk dəfə ötən ilin dekabrında Maltada ATƏT XİN başçılarının görüşündə görüşmüşdük. Kaya Kallasın səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına böyük töhfə verəcək”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью