Kallasın yardım fikri Aİ nin bəyanat layihəsindən çıxarılıb

04.03.2025

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Kaya Kallasın Ukraynaya 20 milyard avroluq yardım paketinin ayrılması təklifi Aİ-nin martın 6-da keçiriləcək sammitindən sonra dərc edilməli olan yekun bəyannamə layihəsindən çıxarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə sənəd layihəsinə istinadən "Euractiv" məlumat yayıb.

Portalın məlumatına görə, Macarıstan ötən həftə təşəbbüsün qarşısını alıb və Budapeştin vetosunu ləğv edib-etməyəcəyi hələlik bəlli deyil.

Sənəddə həmçinin bildirilir ki, Aİ ölkələrinin liderləri Kiyevə hava hücumundan müdafiə sistemləri, döyüş sursatları və raketlərin göndərilməsi üçün səyləri gücləndirməyə çağıracaqlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью