Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Netflix" Cənubi Koreyanın məşhur serialı olan "Kalmar oyunu"nun ("The Squid Game") üçüncü mövsümünün rəsmi treylerini təqdim edib.
Oxu.Az UNIAN-a istinadla xəbər verir ki, üçüncü mövsümün premyerası iyunun 27-də baş tutacaq.
Əvvəlki hissə artıq dünya rekordu qırıb və 93 ölkədə hit-paradlara başçılıq edib, lakin yaradıcılar əmin edirlər ki, yeni hissə də bundan az maraqlı olmayacaq.
Yeni hissənin süjet xəttinə əsasən, baş qəhrəman olan 456-cı oyunçunun hekayəsinə son qoyulacaq.
Həmçinin tamaşaçılar onun ölümcül oyunun yaradıcılarına qarşı mübarizədə qalib gəlib-gəlməyəcəyini nəhayət öyrənəcəklər.