Kalpazanda hər kəsi şok edən final

30.11.2024

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin "Show TV" telekanalında yayımlanan "Kalpazan" serialı barəsində final qərarının verilməsi izləyicilərini məyus edib.

"Cebheinfo.az" xəbər verir ki, hətta ekran işinin davam etdirilməsi üçün sosial şəbəkələrdə kampaniyalar başladılıb.

Lakin kanal final qərarından imtina etmək niyyətində deyil. Çünki yeganə səbəbin aşağı reytinqlər olmadığı ortaya çıxıb. 

Belə ki, ekran işinin reklam gəlirlərinin az olması və heç bir xarici ölkəyə satılmaması final qərarının verilməsində həlledici olub.

Qeyd edək ki, bəzi serialların reytinqi aşağı olsa da, xarici ölkələrə satıldığı və oralarda izləndiyi üçün çəkilməyə davam edir.

"Kalpazan"ı isə heç bir xarici telekanalın almaması ciddi gəlir itkisinə gətirib çıxarıb.

Elmir Mustafa 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью