Kalunqa Kəpəz in düşərgəsində olsa da...

21.07.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

Ötən mövsümü 1-ci Liqa təmsilçisi "Mingəçevir"də keçirən cinah hücumçusu Kennet Kalunqa "Kəpəz"in düşərgəsində olsa da, Gəncə klubu onu heyətinə qatmaq yönündə problemlə üzləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 29 yaşlı zambiyalının sənədləri qaydasında olmadığı üçün "sarı-göylər" onu rənglərinə bağladığını açıqlaya bilmir.

Məsələnin yaxın bir həftə ərzində həllini tapacağı gözlənilir. Hazırda "Kəpəz" bu yöndə çalışmalarını davam etdirir.

Xatırladaq ki, sözügedən komanda yeni mövsümə Azər Məmmədovun rəhbərliyi altında hazırlaşır. Bu yay "Kəpəz"lə vidalaşan Azər Bağırov isə "Şamaxı"nın "sükanı arxası"ndadır. 
Toğrul

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью