Kamal Abdullanın Gizli Dədə Qorqud kitabının müzakirəsi keçiriləcək

21.04.2026

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aprelin 22-də Azərbaycan Milli Kitabxanasında Xalq yazıçısı Kamal Abdullanın yeni kitabının təqdimatı və müzakirəsi baş tutacaq.

Kulis.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə baş tutacaq tədbirdə akademik Kamal Abdullanın "Gizli "Dədə Qorqud" (yeni mənalar axtarışında)" kitabının müzakirəsi və təqdimatı həyata keçiriləcək.

Ədəbiyyat və elm xadimlərinin, tanınmış ziyalıların dəvət olunduğu bu ədəbi məclis 22 aprel 2026-cı il tarixində, saat 12:00-da Azərbaycan Milli Kitabxanasının Konfrans zalında (ünvan: Bakı şəhəri, Xaqani küç. 57) keçiriləcək.

Beynəlxalq ev-muzeyləri günü münasibətilə klassik musiqi konserti Parisdə Pikassonun tablosu 100 avroya satılacaq - Səbəb Sarı Aşıq əslində, haralıdır? - Bir bayatının izi ilə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью