Kamal Bayramov karyerasını bitirəcəyi tarixi açıqladı

30.01.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

"Şamaxı"nın qapıçısı Kamal Bayramov mövsümün sonunda karyerasını başa vuracaq. Avqustda 40 yaşı tamam olacaq təcrübəli qolkiper bu barədə Sport24.az-a özü məlumat verib.

"Bu haqda düşünürəm. Nəsib olsa, xeyirlisi ilə aktiv futbolçu karyeramı bitirəcəyəm. Hazırda məşqçilik kurslarındayam. Bu yöndə özümü inkişaf etdirmək üçün çalışıram. Karyeramı başa vurandan sonra məhz bu yöndə faydalı olmağa çalışacağam".

Qeyd edək ki, Kamal Bayramov peşəkar karyerasına 2007-ci ildə "Muğan"da başlayıb. O, "Turan Tovuz", "Xəzər Lənkəran", "Rəvan", "Araz-Naxçıvan" "Şüvəlan", "Zirə" və "Səbail"in də formasını geyinib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью