Kamal Cəfərov: Azərbaycan insan hüquqları sahəsində mövqeyini qoruyur

19.12.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan beynəlxalq insan hüquqları sənədlərinin fəal tərəfdaşıdır və bu sahədə öz öhdəliklərini daim icra edir.

Avropa İttifaqının son qətnaməsi isə əsassızdır və qanuni əsaslardan məhrumdur.

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri Kamal Cəfərov parlamentin plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, heç bir beynəlxalq təşkilat və ya dövlətin Azərbaycanla təzyiq üslubunda danışmağa haqqı yoxdur.

Kamal Cəfərov həmçinin vurğulayıb ki, Azərbaycan ölkə daxilində və beynəlxalq platformalarda insan hüquqlarının qorunması sahəsində prinsipial mövqeyini qoruyur.

"Lakin siyasi motivlərlə verilən qətnamələr Azərbaycanın suverenliyinə və hüquqi müstəqilliyinə hörmətsizlikdir və bu cür sənədlər Azərbaycanın beynəlxalq nüfuzuna təsir edə bilməz", - parlament üzvü əlavə edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью