Kamal Kılıçdaroğlunun bu geyimi hamını şoka saldı

22.08.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu Mersində keçirilən “Köçərilərin 2-ci Qardaşlığı Yörük Tədbiri”ndə iştirak edib.

“Cebheinfo.az” xəbər verir ki, tədbirdə Kılıçdaroğluna Türkiyə bayrağı, papaq, Yörük şalı, təsbeh və bölgədə bitən dəmir ağacından hazırlanmış Yörük çubuğu hədiyyə edilib.

Kamal Kılıçdaroğlu tədbirdə etdiyi çıxışında bir sıra məqamlara toxunub:

“Bu gün Yörük mədəniyyətini yaşatmaq tək öz mahnılarımızı, rəqslərimizi, geyimlərimizi və yeməklərimizi qorumaq demək deyil. Əsas məsələ Yörük xalqının əməyini qorumaqdır.Bu, heyvandarlıqla məşğul olan vətəndaşlarımızın problemlərinə sahib çıxmaq deməkdir.

Bu, dağlıq ərazilərin yolları, suyu və elektrik enerjisi haqqında düşünmək deməkdir. Həmçinin, istehsalçının əməyinin mükafatını almasını təmin etmək deməkdir. Bu, gənclərimizin öz vətənlərində gələcək qurmaları üçün yol açmaq deməkdir. Biz and içdik ki, yalnız Mersində deyil, Türkiyənin istənilən yerindəki Yörük çadırına xidmət, təhsil, elektrik enerjisi və məktəb xidmətləri göstərəcəyik.

Biz bunu edəcəyik, amma sizdən dəstək istəyirik. CHP-yə səs verməyinizi istəyirik. Bizə iqtidarı verin, xidmətlərin necə təmin olunduğunu, mənəvi dəyərlərin necə qorunduğunu görəcəksiniz. Bütün bunları edəcəyik”.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью