Kamal Kılıçdaroğlunun əkiz qardaşı davada öldü Kommunal pulu na görə | Icma.az
Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
CHP-nin sabiq sədri Kamal Kılıçdaroğlunun əkiz qardaşı Adil Kılıçdaroğlu davada həyatı ilə vidalaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Adil Kılıçdaroğlu Balıkesirdə komendatı olduğu yaşayış binasında "kommunal pulu" ilə bağlı sakinlərlə mübahisə və davada olarkən infarkt keçirərək dünyasını dəyişib.
Balıkesir Böyükşəhər Bələdiyyə sədri faktı təsdiqləyib: "Keçmiş sədrimiz cənab Kamal Kılıçdaroğlunun əkiz qardaşı Adil Kılıçdaroğlunun vəfatını böyük hüznlə öyrəndim.
Allah ona rəhmət eləsin, Kılıçdaroğlu ailəsinə, yaxınlarına və bütün sevənlərinə başsağlığı verirəm.
Məkanı cənnət olsun!" Zülfiyyə Mustafayeva MİA.AZ Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu