Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
“Xankəndi” baş məşqçi postunda dəyişiklik etməyə hazırlaşır.
"Apasport"un etibarlı mənbədən əldə etdiyi məlumata görə, klub 42 yaşlı Zaur Hacıyevlə yollarını ayırıb.
Hacıyev bu ilin yanvarından komandaya rəhbərlik edirdi və ötən mövsüm “Xankəndi”ni II Liqanın çempionu edərək I Liqaya yüksəltmişdi.
Saytımıza daxil olan məlumata görə, Qarabağ təmsilçisi baş məşqçi postuna Kamal Quliyevi gətirmək istəyir. 49 yaşlı mütəxəssislə artıq ilkin təmaslar qurulub. Quliyevin bu gün klub rəhbərliyi ilə görüşəcəyi bildirilir.
Azərbaycan futbolunun tanınmış simalarından olan Kamal Quliyev futbolçu karyerası ərzində “Xəzər” (Sumqayıt), “Neftçi”, Ukraynanın “Volın”, “Karvan”, “Xəzər Lənkəran” və “Standard” klublarında çıxış edib. O, 1997-2002-ci illərdə “Neftçi”nin heyətində 109 oyun keçirib və 19 qol vurub. Quliyev Azərbaycan millisində də 47 dəfə meydana çıxıb.
Quliyev məşqçilik fəaliyyətində də uğurlu nəticələri ilə yadda qalıb. O, 2011-2014-cü illərdə “Neftçi”nin məşqçilər korpusunda çalışıb. Bu dövrdə Bakı klubu 2012/13 mövsümündə Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Daha sonra “Neftçala”nın baş məşqçisi olan Quliyev komandanı 2014/15 və 2015/16 mövsümlərində ardıcıl iki dəfə Azərbaycan I Divizionunun çempionu edib.
Təcrübəli mütəxəssis 2017-ci ildə “Neftçi”də idman direktoru vəzifəsində də çalışıb.
Qeyd edək ki, tərəflərin bugünkü görüşündə razılıq əldə olunacağı təqdirdə, Kamal Quliyevin “Xankəndi”nin yeni baş məşqçisi təyin edilməsi gözlənilir.
Zaur İsmayılov: “Penalti qərarı mübahisəlidir” Gəncədə qollu bərabərlik - YENİLƏNİB MPL: “Araz-Naxçıvan” yenə qələbə üzünə həsrət qaldı - YENİLƏNİB II Liqa: IV tura start verilib Qismət Alıyev: “Dəvət gözləyirdim…”