Kamal Quliyevlə razılıq alınmadı “Xankəndi” Röyal Nəcəfovu seçdi

29.09.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Xankəndi” klubunda baş məşqçi təyinatı rəsmiləşib.
Apasport.az xəbər verir ki, Qarabağ təmsilçisi komandanın sükanını Röyal Nəcəfova həvalə edib.
Tərəflər arasında 2026/27 mövsümünün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.
“Xankəndi” bundan əvvəl baş məşqçi postu üçün Kamal Quliyevlə də danışıqlar aparıb.
Təcrübəli mütəxəssislə görüş keçirilsə də, tərəflər arasında yekun razılıq əldə olunmayıb.
Bundan sonra klub rəhbərliyi Röyal Nəcəfovun namizədliyi üzərində dayanıb və onunla anlaşma rəsmiləşdirilib.
Qeyd edək ki, “Xankəndi” bir müddət əvvəl baş məşqçi Zaur Hacıyevlə yollarını ayırıb. Hacıyev ötən mövsüm komandanı II Liqanın qalibi edərək I Liqaya yüksəltmişdi.

"Qarabağ" üçün şad xəbər: SAVO QAYIDIR "Qəbələ"də yeni təyinatlar “Turan Tovuz” – “Fənərbaxça” matçına 16 500 bilet satılıb Yeton Beqiri: “Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik” Ayxan Abbasov: “Futbolçularımız sonadək mübarizə apardılar”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью